22.11.2017

"Ədəbiyyat biliciləri" müsabiqəsinə start verilir

 

    Məktəblilər arasında “Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək.

Ətraflı
21.11.2017

Biləsuvar şagirdləri Cənub ASAN İntellektual Kubokunun qalibləri sırasında

    Biləsuvar rayon ümumtəhsil məktəblərinin 9-10 -cu sinif şagirdlərindən ibarət komandası Cənub ASAN İntellektual Kuboku yarışında 3-cü yeri qazandılar.

Ətraflı
14.11.2017

"Biləsuvar rayonu üzrə 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinin yüksəldilməsi" layihəsi üzrə işlər davam etdirilir

    Biləsuvar rayonunda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Biləsuvar rayonu üzrə 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinin yüksəldilməsi” layihəsi çərçivəsində işlər davam etdirilir.

Ətraflı
14.11.2017

Biləsuvar rayonunda “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirildi.

    10 noyabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirildi.

Ətraflı
11.11.2017

Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Biləsuvar məktəbliləri növbəti ekskursiyaya yola düşdülər

    11 noyabr 2017-ci il tarixdə Biləsuvar rayonunun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi  “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində  Qəbələ - Şəki- Zaqatala rayonlarına 4 gunlük ekskursiyaya  yola salındılar.

Ətraflı
09.11.2017

Biləsuvar rayonunda “ Bayraq Günü” qeyd edildi.

    09 noyabr 2017-ci il tarixdə Biləsuvar rayonunda Bayraq Günü münasibəti ilə tədbir keçirildə
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun ümumtəhsil məktəblərinin şagird və müəllim kollektivləri, gənclər, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər

Ətraflı
08.11.2017

Biləsuvarda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibəti ilə tədbir keçirildi

    08 noyabr  2017-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası yaradılmasının 25-ci ildönümü münasibəti ilə tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, YAP Biləsuvar rayon ərazi ilk partiya təşkilatının sədrləri və partiya təəssübkeşləri  və rayon ictimaiyyətinin nümayəndələr nümayəndələri iştirak etdi.

Ətraflı
02.11.2017

 "Biləsuvar rayonu üzrə 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinin yüksəldilməsi" layihəsinin rəsmi açılış mərasimi olub

    Oktyabrın 28-də “Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Biləsuvar rayonu üzrə 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinin yüksəldilməsi” layihəsinin rəsmi açılış mərasimi olub.

Ətraflı
31.10.2017

“Sabahın alimləri” VII Respublika Müsabiqəsi üzrə qeydiyyat davam edir

Müsabiqədə iştirak edəcək ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin mövzuları www.sabahinalimleri.edu.az internet səhifəsində online rejimdə qeydiyyatdan keçirilir.

Ətraflı
27.09.2017

Biləsuvarda yetkinlik yaşına çatmayan şəxlərlə maarifləndirmə tədbiri keçirilmişdir.

    27 sentyabr 2017-ci il  tarixində  Biləsuvar rayon Heydər Əliyev Mərkəzində   Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin təşəbbüsü və Biləsuvar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonda yetkinlik yaşına çatmayanlar arasında maarifləndirmə tədbiri keçirildi.
Tədbirdə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Əkbər Əkbərov, rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyatı təşkilatların rəhbərləri,  rayon Polis, Təhsil, Səhiyyə şöbələrinin, Gənclər və İdman idarəsinin məsul işçiləri və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak etdi.
Tədbiri rayon Polis şöbəsinin rəisi polis polkovniki Əlyəddin Səfərov açaraq narkomaniya ilə mübarizədə aparılan bu cür maarifləndirici tədbirlərin əhəmiyyətinin çox yüksək olduğunu qeyd etdi.Bildirdi ki, bu bəlanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün xüsusilə aktual xarakter daşıyır. Narkomaniya və narkotizm beynəlxalq problemə çevrilib. Narkomaniyaya qarşı mübarizə tədbirlərinin günbəgün gücləndirilməsinə baxmayaraq, o, yoluxucu xəstəlik kimi yayılmaqdadır.

Ətraflı
11.09.2017

Biləsuvar rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi

    Biləsuvar rayonunda təhsil işçilərinin sentyabr konfransı çox maraqla qarşılandı. Konfransda Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev, 13 saylı ƏMHM-nin müdir müavini Elmar müəllim, İcra Hakimiyyəti başçısının müavini Xanlar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayonun təhsil işçiləri iştirak etdilər.

Ətraflı
28.08.2017

Dövlət qulluğunda 25 illik səmərəli fəaliyyət

    Biləsuvar Rayon Təhsil Şöbəsinin müdir müavini Əlisəfa Gülxas oğlu Qəmbərovu dövlət qulluğundakı 25 illik səmərəli fəailiyyətinin tamam olması münasibəti ilə Təhsil Şöbəsinin müdiri cənab Balaqardaş Kazımovun və şöbənin əməkdaşları adından təbrik edirik.

Ətraflı
22.08.2017

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir

Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Bu mərhələdə  müəllimlərin psixoloji durumu, ümumi dünyagörüşü yoxlanılır. Müsahibə mərhələsi avqustun 26-dək davam edəcək.

Ətraflı
01.08.2017

Təhsil naziri Zaqatala şəhərində vətəndaşları qəbul edib

Avqustun 1-də təhsil naziri Mikayıl Cabbarov Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərini qəbul edib.

Ətraflı