14.06.2017

Biləsuvar rayonunun ümumtəhsil məktəblərində tədris ilinin yekunları ilə bağlı “Son zəng” tədbirləri keçirildi.

    14 iyun 2017-ci il tarixdə respublikamızın bütün ümumtəhsil müəssisələrində olduğu kimi Biləsuvar rayonunda da növbəti tədris ilinin yekunları ilə bağlı “Son zəng”  tədbirləri keçirildi.
Xırmandalı kənd 1 saylı tam orta məktəbində keçirilən tədbirdə iştirak edən Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə Qəmbərova çıxış edərək cənab Prezident İlham Əliyevin təhsil sahəsinə olan diqqət və qayğısından geniş söhbət açdı. X.Qəmbərova son dövrdə yeni tikilən və əsaslı təmir olan məktəblərin məhz ölkə başçısı cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ərsəyə gəldiyini qeyd etmişdir. Bildirilmişdir ki, məhz bu qayğının məntiqi nəticəsi olaraq hər bir müəllim üzərlərinə düşən vəzifələri layiqincə icra etməli, hər bir şagird elmə, təhsilə mükəmməl yiyələnməlidir. Şagirdlər həyata hərtərəfli yetişkin, vətənpərvər, savadlı gənclər kimi hazırlanmalıdır.Bu sahədə  müəllimlərimizin üzərlərinə böyük yük düşür. X.Qəmbərova bir daha  məzunları təbrik edərək onlara bundan sonrakı həyatlarında uğurlar arzuladı.

    Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımov tədbirdə çıxış edərək son dövrlərdə təhsilimizin yüksək səviyyədə inkişaf göstəricilərindən, cənab Prezidentimiz İlham Əliyev və 1-ci Vitse-prezident Mehriban xanımın təhsil sahəsinə göstərdiyi diqqətin bariz nümunələrindən danışdı. Həmçinin Təhsil naziri cənab Mikayıl Cabbarovun təhsilimizin inkişafına verdiyi töhfələri də diqqət mərkəzində oldğunu qeyd etdi. Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımov məzunları və kollektivi təbrik etdi. Gənclərə uğurlar arzu etdi. O, həmçinin 1-ci sinfi bitirən şagirdlərə, o cümlədən, digər şagirdlərə tədis sahəsində uğurlar arzuladı.
    Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və   Heydər Əliyev Fondunun prezidenti,  Azərbaycan Respublikasının birinci  vitse-prezidenti  Mehriban xanım Əliyevanın ölkəmizdə təhsilin inkişafına  göstərdikləri yüksək diqqət və qayğıya görə rayonun çoxminlik pedaqoji kollektivi adından təşəkkürlərini bildirdilər.
Daha sonra tədbir məzunların təşkil etdikləri səhnələrlə davam etdi.