28.08.2017

Dövlət qulluğunda 25 illik səmərəli fəaliyyət

    Biləsuvar Rayon Təhsil Şöbəsinin müdir müavini Əlisəfa Gülxas oğlu Qəmbərovu dövlət qulluğundakı 25 illik səmərəli fəailiyyətinin tamam olması münasibəti ilə Təhsil Şöbəsinin müdiri cənab Balaqardaş Kazımovun və şöbənin əməkdaşları adından təbrik edirik.

    Qəmbərov Əlisəfa Gülxas oğlu 1961-ci ilin iyun ayının 6-da Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu coğrafiya-biologiya ixtisası üzrə bitirmiş, 1984-cü ildə ixtisası üzrə Bağabanlar kəndində müəllimlik fəaliyyətinə başlamışdır. Sonradan Bağabanlar kənd sovetinin deputatı seçilmiş və Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Bağbanlar, Zəhmətabad və Muğankənd kəndləri üzrə icra nümayəndəsi işləmişdir. Daha sonra rayon  İcra Hakimiyyətində Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi şöbəsinin şöbə müdiri, başçının təhsil-səhiyyə və mədəniyyət məsələləri üzrə müavin vəzifələrində çalışmışdır. Rayon Təhsil Şöbəsində fəaliyyətini davam etdirən Ə.Qəmbərov əvvəlcə məsləhətəçi kimi çalışmış, hal-hazırda isə Rayon Təhsil Şöbəsinin müdir müavini vəzifəsini layiqincə yerinə yetirir. Əmək fəaliyyəti illəri ərzində o bir çox fəxri fərmanlar, diplomlar və digər mükaftalara layiq görülmüşdür. 

    Bakı şəhər və Biləsuvar Rayon İcra Hakimiyyətlərinin, Biləsuvar və Beyləqan rayon Komsomol Komtələrinin fəxri fərmanları, Respublika Tələbə Elmi Cəmiyyətinin 1-ci dərəcəli fəxri diplomu ilə təltif edilmişdir.