14.11.2017

Biləsuvar rayonunda “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirildi.

      10 noyabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirildi.
      İştirakçılar əvvəlcə Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
      Tədbir öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
     Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev tur aksiyanın əhəmiyyətində danışdı.Bildiridi ki, artıq dördüncü ildir  Azərbaycan Respublikası Prezidenti cənab  İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə respublikamızda “Ölkəmizi tanıyaq” tur aksiyası keçirilir. Bu tur aksiyanın keçirilməsindən məqsəd bu günki gənc nəslin müstəqil ölkəmizi daha yaxından tanıması, onun nadir tarixi-memarlıq abidələri,zəngin və füsunkar təbiəti və florası ilə yaxından tanış olmasıdır.
      Dövlət başçısının təşəbbüsü ilə 4 il ərzində 7 istiqamət üzrə təşkil olunmuş tur aksiyalar hər yerdə böyük razılıq və dərin minnətdarlıq hissi ilə qarşılanmışdır.
    Ölkəmizin bütün bölgələrini əhatə edən bu tur aksiyalarda indiyədək ümumilikdə 13.648 nəfər məktəbli iştirak etmişdir. Onların hər biri  tur-aksiyaların təşkilindən, ölkəmizin bölgələri ilə tanışlıqdan zəngin təəssuratlarla  qayıtmışlar.
2017-ci ilin noyabr ayının 11-14 və 16-19 tarixlərini əhatə edəcək növbəti 8-ci tur aksiyada isə 4 isitiqamət üzrə 76 şəhər və rayondan 3213 nəfərin iştirak etməsi, bununla  da iştirakçıların sayının 17 minə çatdırılması nəzərdə tutulur.
          Bildirmək istəyirəm ki, rayonumuzun məktəbləri də dövlət başçısının təşəbbüsü ilə təşkil olunan bu tur-aksiyaya ilk gündən böyük və sonsuz həvəslə qoşulmuşlar.
      İndiyədək keçirilən tur-aksiyalarda Biləsuvar rayonu üzrə 155 məktəbli iştirak etmiş, səfər etdikləri Quba-Qusar-Xaçmaz, Qəbələ-Şəki-Zaqatala, Gəncə-Şəmkir-Göygöl marşrutları ilə səyahətə çıxmış, respublikamızın, o cümlədən həmin bölgələrin tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən öyrənmişlər. Məktəblilərimiz tur-aksiyadan qayıtdıqdan sonra öz zəngin təəssüratlarını təhsil aldıqları məktəblərin kollektivləri, valideynləri, yaxın dostları ilə bölüşmüşlər. Qeyd etmək istəyirəm ki, rayonumuzdan tur aksiyalarda iştirak edən məktəblilərin hər biri təhsil aldıqları məktəbin ictimai siyasi həyatında fəal iştirak edən,təhsil nailiyyətləri qazanan, nümunəvi davranışları ilə seçilən fəal yeniyetmələr olmuşdur.
     Müstəqil ölkəmiz günbəgün inkişaf edir, onun iqtisadi qüdrəti durmadan artır. Respublika Prezidenti cənab İlham Əliyevin son dərəcə müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün dünya dövlətləri sırasında  öz layiqli yerini tutur, beynəlxalq aləmdə nüfuzu artır. Azərbaycan müstəqil bir dövlət kimi bu gün  nəinki bir çox beynəlxalq layihələrin  iştirakçısıdır,həm də onların əsas təşkilatçısı kimi də çıxış edir. Bütün bunlar çox böyük nailiyyətdir və ölkəmizin qüdrətini bütün dünyaya göstərir.
        Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş “Əsrin müqaviləsi” adını almış  neft kontraktının vaxtının uzadılması, bir sıra digər   enerji  layihələrinin  uğurla icra olunması,ən nəhayət, bu günlərdə təntənəli açılışı olmuş Bakı-Tbilisi-Qars dəmir yolunun misilsiz əhəmiyyəti ölkəmizin artan iqtisadi qudrətinin parlaq göstəricisidir.
        Ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət, idman sahələri də surətlə inkişaf edir. Gənc nəslə qayğı və diqqət, onların hərbi-vətənpərvərlik tərbiyyəsi bu gün ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Respublika Prezidenti cənab İlham Əliyevin, Birinci vitse prezident Mehriban xanım Əliyevanın  bu sahələrin inkişafına xüsusi önəm verməsi nəticəsində hər il yeni-yeni nailiyyətlərə imza atılır. Biz çox sevinirik ki, bu gün Azərbaycan dünyada İdman ölkəsi kimi tanınır. Azərbaycan bir çox beynəlxalq İdman yarışlarına ev sahibliyi edir.
       Bu gün ölkə rəhbərliyinin qayğı və diqqəti sayəsində  ölkəmizdə yeni fikirli, azad düşüncəli, təşəbbüskar, intellekt səviyyəsi yüksək olan gənc nəsil yetişir.Biz belə gənclərimizlə fəxr edirik. Onlar bizim xoşbəxt sabahımızın qurucularıdır.
           Bildiyiniz kimi, artıq Cocuq Mərcanlıya qayıdışla Qarabağ torpaqlarının böyük qayıdışın təməli qoyulmuşdur. 2016-ci ilin aprel döyüşlərindən sonra işğaldan azad olunmuş Cocuq Mərcanlı indi     azad, müasir, yaraşıqlı bir qəsəbəyə çevrilmişdir. Artıq Cocuq Mərcanlıya ikinci mərhələdə sakinlərin qayıdışına hazırlıq  görülür. Möhtərəm Prezidentimizin müdrik siyasəti öz bəhrələrini verməkdədir. İnanırıq ki, lap yaxın vaxtlarda biz sizlərlə bir yerdə bütün Qarabağ torpaqlarına belə tur aksiyalar təşkil edəcəyik.
   11 noyabrda “Ölkəmizi tanıyaq” tur aksiyası  üzrə 8-ci turun iştirakçılarını yola düşəcəklər. Qəbələ-Şəki-Zaqatala istiqamətində olacaq bu tur aksiyada rayonumuzun 40 nəfər məktəbli iştirak edəcək. Bu səyahət ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə  Ümumilli lider Heydər Əliyevin milli dövlət  quruculuğu sahəsində gördüyü əzəmətli işlərlə,Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin  həyata keçirdiyi  dinamik sosial-iqtisadi inkişafla yaxından tanış olmaq imkanı yaradacaqdır. 
    Əminik ki, rayonumuzu təmsil edən tur-aksiyanın iştirakçıları bu səyahətdən də zəngin təəssuratlarla  qayıdacaqlar.
    Tur aksiyanın bütün iştirakçılarına xoş istirahət, mənalı səyahət və gələcək işlərində uğurlar arzulayıram.
   Tədbirdə şıxış edən tur aksiya iştirakçıları L.Kazımlı və E.Əhmədov bu aksiyanın onlar üçün böyük əhəmiyyəti olduqların bildirərək onalra göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə aksiya iştiraçıları adında özü dərin minnətdarlıqlarını bildirilər.Çıxış edən  valdiyeinlər  və məllimlər R.Astanov, F.Məmmədov, F.Əliyev tur aksiyanın məktəblilərin dünya görüşünün formalaşmasında, ölkəmizin  tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən öyrənmisindəki rolundan danışdılar.
   Tədbirdən sonra tur aksiya iştirakçıları ağacəkmə kompaniyasında iştirak etdilər.