21.11.2017

Biləsuvar şagirdləri Cənub ASAN İntellektual Kubokunun qalibləri sırasında

    Biləsuvar rayon ümumtəhsil məktəblərinin 9-10 -cu sinif şagirdlərindən ibarət komandası Cənub ASAN İntellektual Kuboku yarışında 3-cü yeri qazandılar. Yarış qaliblərinə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Asan xidmət rəhbərliyi tərəfindən hədiyyələr təqdim edildi.

    Biləsuvarlı qalib şagirdlərlə Biləsuvar Rayon Təhsil Şöbəsinin rəhbəri cənab Balaqardaş Kazımov görüşərək onları ayrı-ayrılıqda təbrik etdi. Onlara gələcək təhsillərində və şəxsi həyatlarında uğurlar arzu edərək qalibllərə Təhsil Şöbəsinin diplom və mükafatlarını təqdim etdi.