23.02.2018

Biləsuvarda Xocalı soyqırımına həsr olunmuş ümumrayon tədbiri keçirilib

    Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbirdə  İcra hakimiyətinin başçısı Mahir Quliyev, hüquq müahfizə orqanları, idarə, müəssisə, təşkilatlar, icra  nümayəndələri, bələdiyyələr, Təhsil Şöbəsinin müdiri Balqardaş Kazımov və əməkdaşları, təhsil müəssisələrinin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri  iştirak edib.

    İştirakçılar Xocalı soyqırımından bəhs edən sərgiyə baxdıqdan sonra soyqırım qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

    Biləsuvar rayon İcra hakimiyətinin başçısı Mahir Quliyev çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin və 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərində etnik azərbaycanlılara qarşı həyata keçirilən  soyqırım haqqında geniş məlumat verib.

    Tədbirdə çıxış edənlər Xocalıda xalqımızın başına gətirilən müsibətlərdən danışdılar,  soyqırımın günahkarları, təşkilatçıları və icraçılarının layiqli cəzalarını alacaqlarını qeyd etdilər.
    Tədbir bədii hissə ilə yekunlaşıb.