28.02.2018

Gənclər arasında sağlam həyat tərzinin təbliği ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.2.1.bəndinin icrası məqsədilə Biləsuvar Rayon Gənclər, İdman İdarəsi və Biləsuvar Rayon Təhsil şöbəsi Heydər Əliyev Mərkəzində gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün,alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəiklərin profilaktikası, sağlam qidalanma ) ilə bağlı maarifləndirmə tədbiri keçirib.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı, Polis şöbəsinin əməkdaşları Cabir Bəşirov, Rauf Heydərov, Təhsil Şöbəsinin əməkdaşı Ağamməd Caniyev, Mərkəzi Xəstəxananın həkimi Elnurə Süleymanova iştirak və çıxış ediblər.

Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov bildirdi ki,Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Prezidendi cənab İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tətbiqi barədə Fərman imzalayıb. Azərbaycanda qeyri-infeksion xəstəliklərin 70 faizi tütünlə əlaqəlidir. Hətta bu xəstəliklərdən baş verən ölümlərin əsas və öndə duran səbəbi məhz tütündən istifadədir. 2020-ci ilə qədər Azərbaycanda tütündən istifadənin 10 faiz azaldılması məqsədi qarşıya qoyulub.

Biləsuvar Rayon Təhsil Şöbəsinin əməkdaşı çıxışında Azərbaycanda əhalinin sağlamlığının qorunması üçün tütünlə mübarizə ilə əlaqədar bu qanunun qəbul ediləsinin xüsusi önəmi olduğunu qeyd edib.

Tədbirin sonunda maarifləndirici videofim nümayiş etdirlldikdən sonra broşürlər paylanıb.