11.03.2018

Ümumtəhsil məktəblərinin 9-cu sinif şagirdləri imtahan verib

    Biləsuvar rayonunun ümumtəhsil məktəblərindən təhsil alan 9-cu sinif şagirdləri ilə buraxılış imtahanın birinci mərhələsi yekunlaşıb. Rayonun ümumtəhsil məktəblərinin imtahana buraxılan  1146 nəfər 9-cu sinif şagirdindən 1114 nəfəri imtahanda iştirak edib. İmtahan rayonun mərkəzində yerləşən iki təhsil müəssisəsində - şəhər 4 saylı tam orta məktəb və 2 saylı tam orta məktəbdə keçirilib. DİM tərəfindən keçirilən imtahanda heç bir qanunsuzluq aşkar edilməyib. İmtahana buraxılan şagirdlərdən 32 nəfəri imtahanda iştirak etməyib.