18.04.2018

Şəhər 4 saylı tam orta məktəbdə "Aprel zəfəri - Böyük qayıdış" adlı tədbir keçirilib

   

Biləsuvar rayon Ə.Eynullayev adına şəhər 4 saylı tam orta məktəbdə "Aprel zəfəri - Böyük qayıdış" adlı anım tədbiri keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, rayon ictimaiyyətinin nümayəndələri,şagirdlər iştirak edib.

Məktəbin direktoru Ə.Əliyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının bütövlüyü uğrunda canından keçmiş şəhidlərimiz bu gün də bizim qəlbimizdə yaşamaqdadır. O, həmçinin bildirib ki, cənab Prezidentimiz İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində düşmənə sübut edildi ki, Azərbaycan güclü dövlətdir və öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Aprel döyüşləri onu sübut etdi ki, hər zaman Azərbaycan ordusu cənab Ali Baş Komandanın rəhbərliyi və əmri ilə düşmənə layiqli cavab verməyə hazırdır.

Anım mərasimində müəllimlər və şagirdlər də çıxış edib.                   

Həmçinin Aprel döyüşlərində şəhid olmuş Murad Məmmədovun doğum günü tədbir iştirakçıları tərəfindən hörmətlə anılıb.

Tədbirdə şəhidlərin xatirəsini əks etdirən rəsm əsərləri, səhnəciklər və videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, Murad Məmmədov 2016-cı ilin aprel ayında qəhrəmancasına şəhid olub.