24.04.2018

"Sərhəd" hərbi-idman oyununun rayon mərhələsi keçirilib

Biləsuvar Rayon Təhsil Şöbəsi və Rayon Gənclər İdman İdarəsinin rəhbərliyi ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında "Şahin" hərbi-idman oyunlarının rayon mərhələsi keçirilib.

Yarışda rayonun  5 ümumthəsil məktəbindən 25 şagird iştirak etmişdir.

Şagirdlər özlərini sıra hazırlığı, mahnı ilə yürüş, sağa və sola dönmələr, ilkin tibbi yardım və başqa bacarıqlarını göstərməklə sınayıblar.

Yarışın qalibi Səmədabad kənd tam orta məktəbinin komandası olub.

Qaliblər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib.