05.10.2018

Biləsuvarda Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Biləsuvar Rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının  rəhbərləri, Təhsil Şöbəsinin müdiri Balqardaş Kazımov, şöbənin əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak edib. İştirakçılar əvvəlcə Ulu Öndərin abidəsini ziyarət ediblər, əziz xatirəsinə tər çiçəklər qoyublar.

Tədbirdə Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımov çıxış edərək  rayonda təhsilin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi və müəllimlərin qazandığı uğurlardan danışıb.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək rayonun təhsil işçilərini və müəllimləri peşə bayramları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Sonra  bir qrup təhsil işçisi çıxış edərək onların əməyinə verilən yüksək qiymətə görə ölkə başçısı cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Sonda  təhsildə fərqləndiklərinə görə bir qrup təhsil işçilərinə İcra Hakimiyyətinin fəxri fərmanları və  hədiyyələri təqdim olunub.