28.03.2019

13 saylı ƏMHM-nin rəisi Biləsuvarda vətəndaşları qəbul edib

Biləsuvar rayon Ə.Eynullayev adına 4 saylı tam orta məktəbdə 13 saylı ƏMHM-nin rəisi Raqub Məhərrəmov vətəndaşları qəbul edib.

Qəbulda Təhsil Şöbəsinin müdiri əvəzi A.Xammədov, təhsil işçiləri, məktəb direktorları və vətəndaşlar iştirak edib.

Qəbul zamanı verilən suallar cavablandırılıb. Şikayətçilərin şikayətlərinə baxılaraq bəziləri yerindəcə həll edilib, digərləri isə aidiyyəti üzrə icraata götürülüb.