29.03.2019

Rayonun ümumtəhsil məktəblərinin direktor müavinləri ilə seminar keçirilib  

Biləsuvr Rayon Təhsil Şöbəsi tərəfindən seminarlara start verilib.

Seminarda  Rayon Təhsil şöbəsinin müdir əvəzi Anar Xammədov, RTŞ-nin  müdir müavini Əlisafa Qənbərov,  metodkabinetin müdiri    K.Sadatov, metodistlər və  direktor müavinləri iştirak ediblər.

“Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, bu prosesdə Biləsuvar RTŞ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir. 

29 mart 2019-cu il tarixdə  direktor müavinləri üçün keçirilən seminarda çıxış edən Biləsuvar RTŞ-nin müdiri əvəzi Anar Xammədov “Ümumi təhsl sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Təhsil nazirinin əmrinin icrasını təmin etmək məqsədilə “Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədarhəyata keçirilən inkişafyönümlü tədbirlərdən, rayon təhsilinin inkişafı istiqamətində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib.

RTŞ-nin müdir müvini Ə.Qənbərov direktor müavinləri ilə görüşün əhəmiyyətindən və müzakirə olunan məsələlərin nəticələrindən də danışıb.

Seminarda məktəblərin keyfiyyət göstəriciləri, məktəbdaxili qiymətləndirmə işinin təşkili, I sinfə qəbul, məktəbəhazırlığın təşkili, keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, ictimaiyyətlə əlaqələr, təhsil müəssisələrinin uğurlarının daha dolğun təbliği və digər müvafiq mövzularda çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Eyni zamanda ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, məktəbdaxili metodiki işə nəzarət, şagirdlərlə psixoloji xidmətin düzgün təşkili, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi məsələləri də müzakirə olunub. 

Həmçinin seminarda rayon ümumtəhsil məktəbləri  tərəfindən məktəb saytlarını idarə edən şəxslər üçün saytların daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması ilə bağlı məlumat verilib.

Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.


Açar sözlər: ,