09.04.2019

Respublika çempionatının zona yarışı keçirildi  

Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq şahmat idman növü üzrə Salyan rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbində keçirilən zona yarışına yekun vurulub.Yarışda Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Cəbrayı rayonlarının məktəb komandaları mübarizə aparıb. Yarışın nəticəsi olaraq I yerə Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbin komandalayiq görülüb.

Qaliblər diplomlarla təltif olunub.

Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanıb.

Məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixindəTəhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfində nimzalanmış birgə əmrə əsasən keçirilir.


Açar sözlər: