12.04.2019

Müsabiqə  qalibləri bəlli oldu

Məktəblilər arasında “Azərbaycan dili-milli varlığımızdır” adlı şeir müsabiqəsinin rayon mərhələsinin qalibləri müəyyənləşib.

Biləsuvar rayon Təhsil şöbəsi tərəfindən təşkil olunmuş müsabiqənin rayon mərhələsində 28 şagird iştirak edib.

VI-XI sinif şagirdləri arasında təşkil olunmuş müsabiqənin nəticələrinə əsasən, İsmətli kənd  tam orta məktəbin IX sinif şagirdi Şahverənli Nahidə Pərviz qızı I, Xırmandalı kənd 1 saylı tam orta məktəbin XI sinif şagirdi  Zeynalova Zəhra Vəli qızı II, Amankənd kənd tam orta məktəbin  VII sinif şagirdi Əliyeva Aytac Sübhan qızı isə III yeri tutub.

Müsabiqədə seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun  jest və  mimikalardan,  səs tonundan, intonasiyadan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi, ifadəliliyi, düzgünlüyü və ifa üçün  ayrılmış vaxta riayət edilməsi meyarları əsas götürülüb.

Qaliblər Biləsuvar rayon Təhsil şöbəsi  tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılb.

Qeyd edək ki, müsabiqə Azərbaycan dilinin tarixi barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və istedadlı şagirdləri aşkara çıxarıb rəğbətləndirmək məqsədilə keçirilir.

 


Açar sözlər: