18.04.2019

Azərbaycan Respublikasının Təhsil Nazirinin 12 Aprel 2019-cu il tarixli K-405 saylı əmrinin icrası ilə bağlı Biləsuvar rayon Təhsil şöbəsində tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Təhsil Nazirinin 12 Aprel 2019-cu il tarixli K-405 saylı əmrinin icrası ilə bağlı Biləsuvar rayon Təhsil şöbəsində tədbir keçirilmişdir.Tədbirə  ümumtəhsil məktəblərinin psixoloqları,Uşaq  Birliyi rəhbərləri dəvət olunmuşlar.Tədbirlə ümumtəhsil məktəblərində sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması,ailə-məktəb münasibətlərinin düzgün tənzimlənməsi bu istiqamətdə məktəb rəhbərliyi və müəllim kollektivinin məsuliyyətinin artırılması istiqamətində görüləcək  zərui  işlərdən danışılmışdır. Tədbirdə  Biləsuvar rayon Təhsil Şöbəsinin müdir müavini Ə.Qəmbərov  və Təhsil Şöbəsinin əməkdaşları çıxış etmişlər.