02.05.2019

Biləsuvar rayonunda Pedaqoji mühazirələrin dinlənilməsinə start verilib

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin dinlənilməsinə start verilib.

Təhsil Nazirinin F-98 nömrəli 25 fevral 2019-cu il tarixli əmrinə əsasən, keçirilən Pedaqoji mühazirələrin rayon mərhələsi üçün 100-dən artıq pedaqoji mühazirə təqdim olunub.

Ümumi təhsil məktəblərinin pedaqoji heyətinin ən çox müraciət etdikləri mövzular “Məktəbəhazırlıq təhsili ibtidai təhsil sahəsində uğurların təminatçısıdır”, “Təmayül siniflərində təlim-tərbiyə prosesinin təşkili təcrübəsindən ”,                 "Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır", “İstedadlı şagirdlərlə işin təşkili formaları”dir.

Pedaqoji mühazirələrin rayon mərhələsində isə ən uğurlu 2 mühazirə müəyyənləşdirilərək ölkə mərhələsinə təqdim olunacaq.

Pedaqoji mühazirə iştirakçıları Münsiflər heyəti tərəfindən müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilir.

Qeyd edək ki, pedaqoji mühazirələrin ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.

Pedaqoji mühazirələrin keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, 

yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübəni təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.