19.05.2019

V məktəblilərararası fənn müsabiqələrinin rayon mərhələsi keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Biləsuvar Rayon Təhsil Şöbəsinin təşkilatçılğı ilə Biləsuvar rayon ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında V məktəblilərararası fənn müsabiqələrinin rayon mərhələsi keçirilib. Təhsil Nazirliyi tərəfindən hazırlanmış xüsusi sual kitabçalarının plombları Təşkilat Komitəsinin iştirakı ilə açılıb və sual kitabçaları nəzarətçilərə təhvil verilib.

Müsabiqədə riyaziyyat, fizika, informatika, kimya, biologiya fənləri üzrə şagirdlər öz biliklərini sınayıblar.

Fənn müsabiqəsində rayonun ümumtəhsil məktəblərindən 400 şagird iştirak edib.