14.06.2016

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanları

Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları 16-17 iyun 2016-cı il tarixlərində keçiriləcək.

Ətraflı
14.06.2016

Bu il XI sinif üzrə 88 591 şagird məzun olub

2015-2016-cı tədris ilində respublikanın ümumi təhsil məktəblərinin IX siniflərini 110 222, XI siniflərini 88 591 nəfər şagird bitirib.

Ətraflı
13.06.2016

160 nömrəli Klassik Gimnaziyada “Son zəng” tədbiri keçirilib

    İyunun 13-də Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyada “Son zəng” tədbiri keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.

Ətraflı
10.06.2016

“Uşaqlar gələcəyimizin sığortasıdır” layihəsi başa çatıb

    Təhsil Nazirliyinin və “Community.az”ın dəstəyi, AXA MBASK sığorta şirkətinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində keçirilən “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə yekun vurulub.

Ətraflı
10.06.2016

Məktəblilər arasında breyn-rinq yarışları keçirilib

    Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsinin birgə əməkdaşlığı ilə “Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışları keçirilib.

Ətraflı
09.06.2016

Təhsil naziri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 20 iyun 2016-cı il tarixində saat 11:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.

Ətraflı
08.06.2016

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsi davam edir

    Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin Respublika müsabiqəsi davam edir.

Ətraflı
07.06.2016

Abdulla Şaiqin 135 illik yubileyi keçirilib

    Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təşkilatçılığı ilə Nərimanov rayonu gözdən əlillər üçün 5 saylı xüsusi internat məktəbində Abdulla Şaiqin 135 illik yubileyinə həsr olunmuş “Mənim uşaq dünyam” adlı tədbir keçirilib.

Ətraflı
06.06.2016

Respublika şahmat turniri başa çatıb

    Təhsil Nazirliyinin dəstəyi və “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ümumdünya Şahmat Olimpiadasının məktəblilər arasında təbliğinə həsr edilmiş Respublika şahmat turnirinə yekun vurulub.

Ətraflı
03.06.2016

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər

    1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Təhsil Nazirliyi sistemindəki internat məktəblərində silsilə tədbirlər keçirilib.

Ətraflı
02.06.2016

Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb

Təhsil Nazirliyi respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə başlayıb.

Ətraflı
01.06.2016

Biləsuvar rayon Ə.Eynullayev adına şəhər 4 saylı orta məktəbdə Biləsuvar rayon Təhsil Şöbəsinin rəhbər heyəti ilə birlikdə 1 iyun Uşaqların Müdafiəsi gününə həsr olunmuş tədbir keçirildi.

    Tədbirdə Biləsuvar rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov, Təhsil Şöbəsinin əməkdaşları, Biləsuvar rayon Ə.Eynullayev adına 4 saylı tam orta məktəbinin direktoru Əli Əliyev, məktəbin rəhbər işçiləri, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdi.

Ətraflı
01.06.2016

Azərbaycan nümayəndə heyəti COMSTECH Baş Assambleyasının 15-ci görüşündə iştirak edir

Təhsil naziri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMSTECH) Baş Assambleyasının Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində keçirilən 15-ci görüşündə iştirak edir.

Ətraflı
31.05.2016

“Multukulturalizm uşaqların gözü ilə” adlı tədbir

    Təhsil Nazirliyinin Respublika Texniki Yaradıcılıq Mərkəzi, Xətai  Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatı, Mədəniyyət və Turizm Nazirliyinin Şuşa rayon şöbəsinin təşkilatçılığı ilə “Multukulturalizm uşaqların gözü ilə” adlı tədbir keçirilib.

Ətraflı