02.02.2017

Biləsuvar rayonunda Respublika fənn olimpiadalarının rayon turunun qalibləri ilə görüş keçirildi

    Yanvarın 15-də Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Biləsuvar rayonunda keçirilmiş Respublika fənn olimpiadalarının birinci–rayon mərhələsinin qlibləri ilə görüş keçirildi. 

Ətraflı
30.01.2017

Təhsil naziri Şabran şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 6 fevral 2017-ci il tarixində saat 10:00-da Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edəcək. Qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Ətraflı
26.01.2017

Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məkəbində IX sinif şagirdləri üçün buraxılış İmtahanlarının I mərhələsinə uyğun olaraq sınaq xarakterli test imtahanı keçirilib.

    Sınaq test imtahanını keçirmək üçün məktəb direktoru Anar İmanov, təlim-tərbiyə işləri üzrə direktor müavini Şahin İsmayılov və məktəb psixoloqu Tural Nəsirovdan ibarət İmtahan Komissiyası yaradılıb.

Ətraflı
23.01.2017

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

    Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum olub. Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda 6044 nəfərə yaxın şagird iştirak edəcək.

Ətraflı
19.01.2017

Biləsuvar Rayon Təhsil Şöbəsi təmayülləşmə ilə bağlı iclas keçirdi.

    Biləsuvar Rayon Təhsil Şöbəsinin rəhbərliyi ilə rayonun ümumtəhsil məktəblərinin direktorları ilə bir daha təmayülləşmə ilə bağlı olaraq iclas keçirildi.

Ətraflı
18.01.2017

Dövlət İmtahan Mərkəzi nəzarətçi-müəllimlər üçün Biləsuvar rayonunda treninq keçirdi

    Dövlət İmtahan Mərkəzi tərəfindən nəzarətçi-müəllimlərlə Biləsuvar rayonunda treninq keçirildi. Trenininqin məqsədi əvvəlcədən imtahanda nəzarətçi qismində iştirak edəcək müəllimləri məlumatlandırmaq idi. 

Ətraflı
16.01.2017

Təhsil naziri Şirvanda vətəndaşları qəbul edib

Yanvarın 16-da təhsil naziri Mikayıl Cabbarov Şirvan şəhərindəki Olimpiya İdman Kompleksində Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edib.

Ətraflı
15.01.2017

Biləsuvar rayonunda Respublika fənn olimpiadalarının rayon turu keçirildi

Yanvarın 15-də Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Biləsuvar rayonunda Respublika fənn olimpiadalarının birinci–rayon mərhələsi keçirildi.

Ətraflı
14.01.2017

Respublika fənn olimpiadalarının rayon turu ilə bağlı Biləsuvar rayonunda nəzarətçilərlə seminar keçirildi

    Respublika fənn olimpiadalarının rayon mərhələsinin keçirilməsi ilə bağlı olaraq Biləsuvar rayonunun ümumtəhsil məktəblərində çalışan qeyri-ixtisas fənn müəllimləri ilə keçiriləcək olimpiadanın qaydaları haqqında seminar təşkil edildi. 

Ətraflı
10.01.2017

Respublika fənn olimpiadalarına start verilir

Yanvarın 15-də Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinə start veriləcək.

Ətraflı
10.01.2017

2300 nəfərədək müəllim üçün diaqnostik qiymətləndirmə

Yanvarın 10-da ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlərin qiymətləndirilməsinə start verilib. Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən qiymətləndirmədə 2300 nəfərədək müəllimin iştirakı nəzərdə tutulur.

Ətraflı
09.01.2017

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı artırılıb

2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən və dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərə şamil olunacaq.

Ətraflı
09.01.2017

Təhsil naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 16 yanvar 2017-ci il tarixində saat 11:00-da Şirvan şəhərindəki Olimpiya Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.

Ətraflı
06.01.2017

Biləsuvar rayon Aşağı Cürəli kənd tam orta məktəbində vətənpərvərlik mövzusunda tədbir keçirildi.

    Biləsuvar rayon Aşağı Cürəli kənd tam orta məktəbində vətənpərvərlik mövzusunda tədbir keçirildi.  Tədbir Aşağı Cürəli kənd tam orta məktəbinin məzunu olmuş, hal-hazırda hərbi xidmətdə olan Bağırov Qəlbinur Namiq oğluna həsr edildi. Belə ki, xidmət etdiyi "n" saylı hərbi hissədə nizam-intizamı ilə hərbi xidmət yolunu uğurla davam etdirən Qəlbinur barədə oxuduğu məktəbə və valideynlərinə həmin hərbi hissənin komandiri tərəfindən təşəkkür məktubu daxil olmuşdur. 

Ətraflı
05.01.2017

Buraxılış imtahanının yeni qaydaları ilə bağlı müəllimlərlə görüş keçirildi.

    2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikkulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında təşkil olunacaq imtahanlarla bağlı Biləsuvar rayon ümumtəhsil məktəblərinin direktor və buraxılış siniflərində dərs tədris edən müəllimlərlə görüş keçirildi.

Ətraflı