15.11.2016

Diaqnostik qiymətləndirmənin keçirilməsinə başlanılır

Noyabrın 15-də Təhsil Nazirliyində ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı mətbuat konfransı keçirilib.

Ətraflı
15.11.2016

Diaqnostik qiymətləndirmənin keçirilməsinə başlanılır.

 

    Noyabrın 15-də Təhsil Nazirliyində ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı mətbuat konfransı keçirilib.

    Mətbuat konfransında bildirilib ki, ilk diaqnostik qiymətləndirmə 21-23 noyabr 2016-cı il tarixlərində Quba Olimpiya İdman Komleksində təşkil olunacaq. 3 gün ərzində keçiriləcək imtahanlarda Qusar, Quba, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan  müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq.

Ətraflı
12.11.2016

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 240 şagird yerlik Beyləqan şəhər 8 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.

Dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət bu istiqamətdə tamamilə yeni və keyfiyyətli mərhələnin başlanması ilə nəticələnib.

Ətraflı
12.11.2016

Təhsil Nazirliyi növbəti layihə sənədini ictimai müzakirəyə çıxarır.

 

Təhsil Nazirliyi “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir.

Ətraflı
12.11.2016

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 240 şagird yerlik Beyləqan şəhər 8  nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.

 

    Dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət bu istiqamətdə tamamilə yeni və keyfiyyətli mərhələnin başlanması ilə nəticələnib. Azərbaycan dövlətinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, son illər müasir məktəb binaları tikilib, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunub, mövcud məktəblər isə günün tələbləri səviyyəsində əsaslı təmir edilib. Təqdirəlayiq haldır ki, bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bütün bölgələri əhatə edib. Yeni məktəblərin inşası və onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən mühüm işlər şübhəsiz ki, müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından vacib addımlardandır.     Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir.

Ətraflı
11.11.2016

Biləsuvar rayon ümumtəhsil məktəblərinin 7-ci sinif şagirdləri arasında futzal üzrə rayon çempionatı keçirildi.

    Azərbaycan Futbol Federasiyaları Assosasiyasının 07.10.2016-cı il tarixli 1582.01-03 tarixli məktubuna əsasən ölkəmizdə uşaq futbolunun inkişafı, futbolun kütləviliyinin təmin olunması məqsədi ilə Coca-Cola şirkətinin sponsorluğu, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və AFFA-nın təşkilatçılığı ilə Biləsuvar rayon ümumtəhsil məktəblərinin 7-ci sinif şagirdləri arasında "Coca-Cola Məktəbli Kuboku" layihəsinin 2016-2017-ci il mövsümü keçirlmişdir

Ətraflı
07.11.2016

Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olundu.

    7 noyabr  2016-cı ildə Biləsuvar  rayonunda  Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun anım günü qeyd olundu.
Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatlarının  rəhbərləri, veteranlar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşdülər.

Ətraflı
07.11.2016

    Biləsuvar  rayonunda 2003-2004-cü il təvəllüdlü şagirdlər arasında basketbol yarışı keçirilimişdir.

    Biləsuvar rayon Təhsil Şöbəsi,  Biləsuvar rayon Gənclər və İdman İdarəsinin birgə təsdiq etdiyi fəaliyyət planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərinin 7-8ci sinifləri arasında basketbol yarışı keçirilimişdir. Yarışda 26 məktəbdən 22-si iştirak etmişdir. 

Ətraflı
07.11.2016

Biləsuvar Rayon Təhsil Şöbəsinin rəhbərliyi ümumtəhsil məktəblərində təmayülləşmə ilə bağlı olaraq müntəzəm görüşlər keçirir.

    Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Biləsuvar Rayon Təhsil Şöbəsinin fəaliyyət planına uyğun olaraq  ümumtəhsil məktəblərində təmayülləşmə ilə bağlı olaraq müntəzəm olaraq müəllimlər, şagirdlər və valideynlərlə görüşlər keçirilir.

Ətraflı
02.11.2016

Təhsil naziri startaplar üzrə tanınmış ekspertlə görüşüb.

 

Noyabrın 1-də təhsil naziri Mikayıl Cabbarov startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katranı qəbul edib

Ətraflı
31.10.2016

Biləsuvar rayon Aşağı Cürəli kənd tam orta məktəbində "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda tədbir keçirildi.

    27.10.2016-cı il tarixdə Biləsuvar rayon Aşağı Cürəli kənd tam orta məktəbində tədbir keçirildi. Tədbirdə Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri B.Kazımov, ayon hüquq-mühafizə orqanlarının işçiləri, RİH-nin nümayəndəsi və digər qonaqlar iştirak etdi. Tədbirdə məktəblilər arasında narkomaniyadan çəkindirmə barədə söhbətlər aparıldı.Əsrimizin bəlasına çevrilən narkomaniyanı "ağ ölüm" adlandıran  Biləsuvar RTŞ-nin müdiri B.Kazımov məktəblərdə və icitmaiyyətdə yeniyetmə və gənlərimizin bu bəladan uzaqlaşdırılması üçün müntəzəm söhbətlər aparılmasının vacibliyini vurğuladı. Zalda əyləşən şagirdlər də bu məslə ilə bağlı öz fikirlərini söpylədilər. 

Ətraflı
31.10.2016

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş baxış müsabiqəsi

 

    Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi yeni baxış-müsabiqəsinə start verib. 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş incəsənət sahələri üzrə baxış-müsabiqəsində Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən ümumi təhsil, məktəbdənkənar təhsil müəssisələrinin 11–17 yaşlı uşaq və gəncləri iştirak edir. 

Ətraflı
26.10.2016

Təhsil naziri Ağstafa şəhərində vətəndaşları qəbul edəcək.

 

Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinlərinin nəzərinə!

Ətraflı
25.10.2016

Məktəblilər arasında intellektual oyun keçirilib.

 

Masallı rayonundakı “ASAN İntellektual” inkişaf mərkəzində məktəblilər arasında "Ən zəif bənd" intellektual oyunu keçirilib

Ətraflı
25.10.2016

İngilis dili müəllimləri üçün Təlim-resurs mərkəzi istifadəyə verilib

 Oktyabrın 25-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Ətraflı