Əlisəfa Gülxas oğlu Qəmbərov

1961-ci il 6 iyunda Biləsuvar rayon Bağbanlar kəndində anadan olub. Bağbanlar kənd məktəbində orta təhsilini başa vurduqdan sonra V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya-biologiya fakültəsinə daxil olub. 1984-cü ildə həmin təhsil müəssisəsini bitirib.

1984-cü il 16 avqust Biləsuvar rayon Bağbanlar kəndində ixtisası üzrə müəllimlik fəaliyyətinə başlayıb. 1992-ci il 8 iyuldan etibarən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Bağbanlar, Zəhmətabad və Muğankənd kəndlərində icra nümayəndəsi işləyib.

1999-cu il 3 avqustda Biləsuvar rayon İcra Hakimiyyəti apparatında İctimai təşkilatlar və Siyasi pariyalarla iş üzrə şöbənin müdiri vəzifəsində çalışıb. 2002-ci il 4 noyabrdan Biləsuvar Rayon İcra Hakimiyyətində Təhsil, Səhiyyə və Mədəniyyət üzrə şöbənin müdiri vəzifəsində fəaliyyət göstərib.

22 noyabr 2004-cü ildən 27 dekabr 2010-cu ilə qədər Biləsuvar Rayon Təhsil Şöbəsində məsləhətçi, Azərbaycan Respublikası Təhsil Nazirinin 27 dekabr 2010-cu il tarixli əmri ilə Biləsuvar Rayon Təhsil Şöbəsində müdir müavini təyin edilib.

Ailəlidir,3 övladı var.