Aqşin Xudaməli oğlu Bağırov

16 yanvar 1987-ci il tarixdə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub.

1993-2004-cü illərdə Şəhər İnternat orta məktəbində təhsil alıb.

2004-cü ildə “Odlar Yurdu” Universitetinə daxil olub, 2009-cu ildə “Biznesin idarə edilməsi və menecer” fakültəsini  bitirib.

2009-2010-cu illərdə hərbi xidmətdə olub.

2010-2013-cü illərdə rayon Təhsil Şöbəsində aparıcı mühasib vəzifəsində çalışıb.

2011-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olub və Universitetin “Dünya iqtisadiyyatı”  fakültəsini bitirib.

Həmçinin Azərbaycan  Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Bədən tərbiyəsi müəllimi” ixtisası üzrə təhsil alıb.

Azərbaycan Respublikası Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyasına daxil olub, hal-hazırda “İnzibati idarəetmə” fakültəsində qiyabi təhsil alır.

2013-cü ildən  2019-cu ilin aprel ayına qədər Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.

2019-cu ilin 23 aprel tarixindən Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyir.

2009-cu ildən YAP üzvüdür.

YAP Biləsuvar rayon Təşkilatı Gənclər Birliyinin sədri, YAP Biləsuvar rayon Təşkilatının siyasi şurasının və idarə heyətinin üzvüdür.

2018-ci ildə Avropa Şurası Parlament Assambleyasının Demokratik Vətəndaşlıq  qeyri-formal təhsil və Gənclərin iştirakı üzrə milli təhsil kursunda iştirak edib, sertifikat alıb.

Dövlət qulluğunun kiçik müşaviridir.

Ailəlidir, 1 övladı var.