04.03.2017

5 Mart tarixdə Biləsuvar rayonunda VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək.

 Fənn müsabiqələrinin rayon mərhələsində 270 şagirdin iştirakı gözlənilir. Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdlərinin fənlərə olan marağının artırılmasıdır. İki mərhələdən ibarət olan fənn müsabiqələrinin final mərhələsinin cari ilin iyun ayında keçirilməsi planlaşdırılır.