01.11.2018

"Sabahın alimləri" VIII Respublika müsabiqəsinə hazırlıq haqqında

Azərbaycan Respublikası təhsil naziri cənab Ceyhun Bayramovun 26 oktyabr 2018-ci il tarixli, F-729 nömrəli  əmrinə uyğun olaraq Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən ümumi təhsil müəssisələrinin  IX-XI  siniflərində təhsil alan şagirdlərin  elmi axtarışlara sövq edilməsi,  onların elmi və yaradıcılıq fəaliyyətinin stimulllaşdırılması,  elmi tədqiqat  işinə meyli olan istedadlı  şagirdlərin aşkar edilməsinə  xidmət edən “Sabahın alimləri” müsabiqəsinin şəhər seçim turunun təşkili məqsədilə

                                                             

                                                   Əmr edirəm:

 

1. 2019-cu il 14-16 fevral tarixlərində  İntel İSEF-Beynəlxalq  Elm və Mühəndislik Sərgisi  çərçivəsində “Sabahın alimləri” VIII Respublika Müsabiqəsi keçirilməsi ilə bağlı nazirin 26 oktyabr 2018-ci il tarixli, F-729 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

 

2. Ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:

 

2.1. Müsabiqənin keçirilməsi, onun məqsəd və məramları barədə yuxarı sinif şagirdləri və müəllimlərlə maarifləndirmə işi aparsınlar;

 

2.2. Müsabiqənin formatına və tələblərinə uyğun düzgün seçim aparılmasını təmin etsinlər;

 

2.3. 2018-ci il 29 oktyabr tarixindən etibarən şagirdlərin sabahın alimleri.edu.az  internet  səhifəsində onlayn rejimində qeydiyyatdan keçirilməsinin təşkil etsinlər;

 

2.4. 2018-ci ilin 1 dekabr tarixinədək şagirdlər tərəfindən aparılan tədqiqatların başa çatdırılmasını və müsabiqənin tələblərinə uyğun olan sənədlərin hazırlanmasını təmin etsinlər;

 

2.5.Müsabiqənin Təlim Akademiyasında iştirak etmək istəyən müəllimlərin 2019-cu il 15 yanvar tarixinədək onlayn qeydiyyatdan keçmələrini təmin etsinlər;

 

2.6. Şagirdlərin layihələrinin hazırlanmasına elmi dəstəyin verilməsi məqsədilə Bakı Dövlət Universiteti və AMEA-nin elmi-tədqiqat institutları ilə əlaqəli fəaliyyəti təşkil etsinlər;

 

3. Biləsuvar rayon ümumi təhsil müəssisələrində müsabiqənin təşkili ilə bağlı məsələlərin həlli, müsabiqənin məqsədlərinin təbliğ edilməsi, elmi tədqiqatlara cəlb olunan şagirdlərin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı ümumi təhsil müəsssisələri, xüsusilə də yeni tipli məktəblərlə iş aparılması, müsabiqəyə hazırlıqla bağlı vaxtaşırı hesabatın verilməsi şöbənin metodisti A.Canıyevə həvalə edilsin.

 

4. Əmrin çoxaldılıb təhsil müəssisələrinə göndərilməsi, şöbənin internet səhifəsində yerləşdirilməsi metodist E.Ağazadəyə vəMəhsul” qəzetində dərc olunması məsləhətçi İ.Rüstəmova tapşırılsın.

 

5. Əmrin icrasına nəzarət metodkabinetin müdiri  K.Sadatova  həvalə edilsin.

 

                       Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımov

Əmr № 91 

01 noyabr 2018-ci il


Açar sözlər: ,  ,  ,