Attestatlar yeni qaydalara uyğun doldurulacaq.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə "Ümumtəhsil pilləsində təhsil sənədlərinin nümunələri və onların verilməsi Qaydası" təsdiq edilmişdir. Həmin qərarın icrası ilə bağlı Təhsil nazirinin 2016-cı il 26 dekabr 851 nömrəli əmrində ümumi təhsil üzrə təhsil sənədlərinin yeni nümunələrinin məzmun və mahiyyəti, onların verilmə qaydası barədə məktəb pedaqoji kollektivlərinin və valideynlərinin məlumatlandırılması yerli təhsili idarəetmə orqanlarına tapşırlımışdır.

    Bununla bağlı olaraq attestların yeni qaydalara uyğun doldurulması xəbərə əlavə edilir.