Biləsuvarda “Oxu məni, öyrədim səni” mütaliə müsabiqəsi layihəsinin açılış mərasimi keçirilib
Açılış mərasimi pandemiya ilə bağlı mövcud şərait nəzərə alınaraq onlayn şəkildə həyata keçirilib. Layihənin açılış mərasimində Millət vəkili Bəhruz Məhərrəmov, Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, layihə rəhbəri Firuzə Xammədova, məktəb direktorları və dil-ədəbiyyat müəllimləri iştirak edib. Layihə rəhbəri Yuxarı Cürəli kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi F. Xammədova ilk olaraq Təhsil Nazirliyinin məktəb və müəllimlərin ideyalarını həyata keçirmək üçün bu yaratdığı qrant müsabiqəsi haqqında ətraflı məlumatlar verdi. Həmçinin bildirdi ki, layihənin məqsədi məktəblilər arasında bədii və elmi əsərlərə maraq oyatmaq, onlarda söz ehtiyatını artırmaq, müstəqil fikir yürütmə bacarığını inkişaf etdirmək, bədii əsərlərdə rast gəlinən müsbət və mənfi obrazları (hadisələri) müqayisə etmək, bədii və elmi əsərləri qiymətləndirmək, elmi əsərlərdə göstərilmiş fakt və hadisələrdən düzgün istiqamətdə yararlanmaq, asudə vaxtlarını səmərəli keçirməkdən ibarətdir.
Ətraflıİcma əsaslı məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılması layihəsinin vebinarı keçirilmişdir
Azərbaycan Respublikası Təhsil İnsitutu tərəfindən həyata keçirilən İcma əsaslı məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılması layihəsinin əməkdaşı Fəqan Hüseynovun iştirakı ilə 100-ə yaxın valdeyinlə Zoom proqramı vasitəsi ilə vebinar keçirilmişdir.
Nazirlər Kabineti yanında Operativ Qərargah Təhsil naziri Ceyhun Bayramovun iştirakı ilə brifinq keçirir
.
ƏtraflıTəhsil naziri AzTV-nin "Hədəf" verilişində
Təhsil naziri Ceyhun Bayramov AzTV-nin "Hədəf" verilişində qonaq olub.
Ətraflı2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.
ƏtraflıBiləsuvar rayon ümumtəhsil məktəblərinin Mübariz İbrahimov adına bağça-məktəb lisey kompleksi ilə əməkdaşlıq edilməsi məqsədi ilə məktəb rəhbərlərinin Liseyə səfəri təşkil olunmuşdur.
25.02.2020-ci il tarixində Biləsuvar Rayon Təhsil şöbəsinin təşəbbüsü ilə rayon ümumtəhsil məktəblərinin Mübariz İbrahimov adına bağça-məktəb lisey kompleksi ilə əməkdaşlıq edilməsi məqsədi ilə məktəb rəhbərlərinin Liseyə səfəri təşkil olunmuşdur
Ətraflı“Xocalı soyqırımı qurbanlarının xatirəsi”nə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyununun Final mərhələsi keçirilmişdir.
24.02.2020-ci il tarixdə Şəhər 1 saylı tam orta məktəbində rayon ümumtəhsil məktəblərinin VIII sinif şagirdləri arasında “Xocalı soyqırımı qurbanlarının xatirəsi”nə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyununun Final mərhələsi keçirilmişdir
ƏtraflıÇaylı kənd tam, Şəhər 1 saylı və Muğankənd ümumi orta məktəblərinin şagird və müəllim heyəti Cocuqmərcanlı kəndinə ekskursiya təşkil etmişlər.
23.02.2020-ci il tarixində rayonun Çaylı kənd tam, Şəhər 1 saylı və Muğankənd ümumi orta məktəblərinin şagird və müəllim heyəti Cocuqmərcanlı kəndinə ekskursiya təşkil etmişlər.
Ətraflı“Xocalı soyqırımı qurbanlarının xatirəsi”nə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyununun dördüncü zona birinciliyi keçirilmişdir.
19.02.2020-cu il tarixdə Şəhər 1 saylı tam orta məktəbində rayon ümumtəhsil məktəblərinin VIII sinif şagirdləri arasında “Xocalı soyqırımı qurbanlarının xatirəsi”nə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyununun dördüncü zona birinciliyi keçirilmişdir.
Ətraflı19.02.2020-ci il tarixində Biləsuvar Rayon Təhsil Şöbəsi aparatının əməkdaşları və ümumtəhsil məktəb direktorları ilə birgə ümumi yığıncaq keçirildi.
Təhsil Nazirliyi aparatının əməkdaşları və yerli təhsili idarəetmə orqanları rəhbərlərinin iştirakı ilə “Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda 14 fevral 2020-ci il tarixdə keçirilən müşavirədə yerli təhsil idarəetmə orqanları qarşısında qoyulan vəzifələrin icrasını vaxtında təmin etmək məqsədi ilə 19.02.2020-ci il tarixində Biləsuvar Rayon Təhsil Şöbəsi aparatının əməkdaşları və ümumtəhsil məktəb direktorları ilə birgə ümumi yığıncaq keçirildi.
ƏtraflıBiləsuvar rayon Çinarlı kənd tam orta məktəbin IX sinif şagirdi Fərzili Dilşad Elburus qızı Səfərbərlik və Hərbi xidmətə çağrış üzrə Dövlət xidmətinin yaradılmasının 8-ci il dönümü münasibəti ilə "29 yaşadək gənclər arasında keçirilən hekayə müsabiqəsi"ndə iştirak edərək Respublika birincisi olmuşdur.
Biləsuvar rayon Çinarlı kənd tam orta məktəbin IX sinif şagirdi Fərzili Dilşad Elburus qızı Səfərbərlik və Hərbi xidmətə çağrış üzrə Dövlət xidmətinin yaradılmasının 8-ci il dönümü münasibəti ilə "29 yaşadək gənclər arasında keçirilən hekayə müsabiqəsi"ndə iştirak edərək Respublika birincisi olmuşdur.
Bu münasibətlə Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov da şagirdimizi Biləsuvar Rayon Təhsil Şöbəsinin Fəxri Fərmanı və qiymətli hədiyyə ilə təltif etmişdir.
“Xocalı soyqırımı qurbanlarının xatirəsi”nə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyununun üçüncü zona birinciliyi keçirilmişdir.
17.02.2020-cu il tarixdə Şəhər 1 saylı tam orta məktəbində rayon ümumtəhsil məktəblərinin VIII sinif şagirdləri arasında “Xocalı soyqırımı qurbanlarının xatirəsi”nə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyununun üçüncü zona birinciliyi keçirilmişdir.
Ətraflı65 illik yubilieyi ilə əlaqədar Biləsuvar Rayon Təhsil Şöbəsi Nərimankənd kənd tam orta məktəbinin müəllimini Fəxri Fərmanla təltif etdi.
17.02.2020-ci il tarixində Biləsuvar rayon Nərimankənd kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əliyeva Rəfiqə Xəlil qızı 65 illik yubilieyi ilə əlaqədar Biləsuvar Rayon Təhsil Şöbəsi tərəfindən Fəxri Fərmanla təltif edildi.
ƏtraflıBiləsuvar rayon İsmətli kənd tam orta məktəbin direktoru Nəbili Bəhruz Türkiyədə təşkil olunan 1 həftəlik STEM (Science, Technology, Engineering and Mathematics) təlimi üçün Türkiyə respublikasına səfər etmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Bahçeşehir Okulları” şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində 10 nəfər məktəb direktoru Türkiyədə təşkil olunan 1 həftəlik STEM (Science, Technology, Engineering and Mathematics) təlimi üçün Türkiyə respublikasına səfər etmişdir.
Ətraflı