Ümumtəhsil məktəblərində Risk qrupuna daxil olan uşaqların valideynləri ilə müntəzəm olaraq fərdi görüşlər təşkil olunur. Onlarla psixodiaqnostik (valideynlər üçün anket sorğusu) və psixoprofilaktik metodlar keçirilir.Bu metodlar vasitəsi ilə valideyn-övlad münasibətlərini, ailə mühitini müəyyən etmək olur. Valideyn müayinə olunduqdan sonra ona övladına fərdi yanaşma qaydaları barədə düzgün istiqamət və tövsiyələr verilir.Valideynlərlə aparılan psixoloji xidmətdən belə misallar göstərib demək olar ki, ailələrin əksər hissəsində ünsiyyət zəifliyi, nəzarətin və dəstəyin zəifliyi bir çox problemlər yaradır. Buna görə də valideynlərə bu məsləhətlər görülür: Ailədə tərəflər arasında(qadın-kişi) sağlam münasibət və mühitin yaradılması, ailədə uşağa qarşı sevgi və dəstəyin verilməsi, həvəsləndirici metodlardan istifadə etməklə uşaqda motivasiya və özgüvənin yaradılmasına köməklik göstərmək, uşaqla asudə vaxtlarının səmərəli təşkilinə şərait yaradılması çox vacibdir.