11.01.2021

 Biləsuvar Rayon Təhsil Şöbəsi tərəfindən yeni "Virtual gəzinti" adlı layihə başladılmışdır.

 Biləsuvar Rayon Təhsil Şöbəsi tərəfindən yeni "Virtual gəzinti" adlı layihə başladılmışdır. Layihəyə uyğun olaraq  Təhsil Şöbəsinin rəhbəri Aqşin Bağırov və şöbənin əməkdaşları fərqli zamanlarda "Microsoft Teams" platforması üzərindən təşkil edilmiş ayrı-ayrı sinif komandalarına , eləcə də  valideyn iclasına qoşularaq dərsləri və iclasda müzakirə olunan məsələləri  dinləmişdir.
Layihə tədris ilinin sonuna qədər davam edəcəkdir.
Qeyd edək ki, dərslərini daimi və məsuliyyətlə keçən müəllimlər tədris ilinin sonunda Rayon Təhsil Şöbəsi tərəfindən dəyərləndiriləcəkdir.


Açar sözlər: ,  ,