31.05.2021

Minifutbol üzrə zona birinciliyi keçirilib

24-25 may  tarixlərində Lənkəran Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinə daxil olan minifutbol üzrə zona birinciliyi keçirilib.

Zona birinciliyində Lənkəran, Astara, Masllı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarının komandaları iştirak edib.

Biləsuvar komandası III yeri tutmuşdur.

Məlumat üçün bildiririk ki, idman yarışı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq təşkil edilib.