19.01.2022

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib  

Biləsuvar rayonunun ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar müxtəlif tədbirlər və dərslər keçirilib.

 

Tədbirlərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Şagirdlərə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakıda həyata keçirilən qırğından, 20 Yanvarın xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsi və hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğundan danışılıb.