24.01.2022

Fənn olimpiadalarının rayon mərhələsi keçirilib      

Yanvarın 22-də Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib.

Olimpiada 9,10,11-ci siniflər və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirləri arasında 8 fənn (riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə keçirilib.Fənn olimpiadalarının keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağın artırılmasından ibarətdir.

Bildiririk ki, şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən olimpiadada 342 nəfər şagird iştirak edib. Şagirdlər 180 dəqiqə ərzində adları qeyd edilən fənlər üzrə sualları cavablandırıb.

Olimpiadanın rayon mərhələsində şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib.

Qeyd edirik ki, informatika fənni üzrə RFO-nun rayon mərhələsi onlayn təşkil olunub.