28.02.2022

Xocalı soyqırımının 30-cu ildönümü qeyd edilib  

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Biləsuvar  rayonunun ümumi təhsil məktəblərində silsilə tədbirlər keçirilib.

 

Tədbirlərdə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

XX əsrin faciəsi olan Xocalı soyqırımının bəşər tarixində ən böyük cinayətlərdən biri olduğunu, erməni işğalçılarının ağlasığmaz vəhşiliklərini qeyd etməklə yanaşı, bu faciənin qurbanlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı bildirilib. Tədbirlərdə Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgilər təşkil olunub, sənədli və bədii filmlər nümayiş olunub.

 

Tədbirlərdə faciənin dəhşətlərindən danışılaraq şagirdlərə Xocalı soyqırımı nəticəsində 63 uşaqın, 106 nəfər qadının, 70 nəfər qocanın, 613 nəfər Xocalı sakininin qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşaqın hər iki valideynini və 130 uşaqın valideynlərindən birinin itirilməsi ilə bağlı məlumatlar verilib. Düşmən gülləsindən 76 uşaq olmaqla, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfrəin itkin düşdüyü bildirilib.


Açar sözlər: ,  ,  ,  ,  ,