11.04.2022

Region Gənc Müəllimlərinin 2-ci Şəbəkələşmə Forumu

9 aprel 2022-ci il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) region gənc müəllimlərinin yumşaq bacarıqlarının inkişaf etdirilməsi, şəbəkələşməsi, əməkdaşlığın qurulması məqsədilə Biləsuvar rayonunda “Region gənc müəllimlərinin 2-ci şəbəkələşmə forumu” nu təşkil edib.

Şəbəkələşmə forumunda Biləsuvar Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Əminə Əhmədzadə, Rayon Təhsil Şöbəsinin müdir müavini Əlisafa Qəmbərov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə,Təhsil Şöbəsi əməkdaşları, məktəb rəhbərləri, həmçinin Biləsuvar, Masallı, Yardımlı və Cəlilabad rayonlarından 60-dan çox müəllim iştirak edib.

Təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik edərək, gənc müəllimlərin təlim ehtiyaclarını müəyyən edib bu istiqamətdə müxtəlif təlimlər keçən AGMA müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə forumda “Netvörkinq bacarığı”, “Effektiv ünsiyyət” və “Sinfin idarəolunması” mövzularında təlimlər təşkil edib.

Təlimin sonunda forumda iştirak edən gənc müəllimlərə sertifikatlar verilib.

 


Açar sözlər: ,  ,  ,