12.04.2022

VII Fənn Müsabiqələri nəticələri məlum olub  

Aprelin 3-də Biləsuvar  şəhər N.Gəncəvi adına  1 saylı tam orta  məktəbdə  rayonun ümumi təhsil məktəblərinin VI - VII sinif şagirdləri arasında keçirilmiş VII Fənn Müsabiqələri nəticələri məlum olub.

 

Müsabiqənin rayon mərhələsində yüksək nəticə göstərən şagirdlər olimpiadanın final turunda iştirak edəcəklər.

 

Fənn Müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

 

Şagirdlər müsabiqənin nəticələrini www.portal.edu.azwww.olimpiada.edu.az saytlarından və təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər.

 

Şagirdlərin müsabiqədə yüksək nəticə qazanmaları ilə bağlı məktəb rəhbərlərini, müəllimləri və şagirdləri təbrik edirik.

 


Açar sözlər: ,  ,  ,