Biləsuvar Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 2022-2023-cü tədris ili üzrə 1-ci siniflərinə şagird qəbuluna elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək.
Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış işçi qrupları ,həmçinin “WhatsApp” müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək.
Onlayn Alternativ qeydiyyat mərkəzləri (“WhatsApp” nömrələr vasitəsilə)
Biləsuvar rayon –Şəhər 4 saylı tam orta məktəb : (+994 51) 742 7276
Biləsuvar rayon –Şəhər 6 saylı tam orta məktəb (+994 55) 294 2169
Biləsuvar rayon –Nəsimikənd tam orta məktəb: (+994 51) 640 24 38
Biləsuvar rayon –Ağayrı kənd ümumi orta məktəb: (+994 51) 836 76 67
Biləsuvar rayon –Aşağı-Cürəli kənd tam orta məktəb: (+994 55) 5327227
Biləsuvar rayon –Zəhmətabad kənd ümumi orta məktəb: (+994 51) 4546170
Biləsuvar rayon –Aranlı kənd ümumi orta məktəb: (+994 51) 4292202
Biləsuvar rayon –Amankənd kənd tam orta məktəb: (+994 70) 2410506
Biləsuvar rayon –xırmandalı kənd 1 saylı tam orta məktəb: (+994 50) 5778292
Valideynlər digər bütün hallarla bağlı www.mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.
Qeyd edək ki, 1-ci sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına mayın 4-dən, məktəb seçimi prosesinə isə mayın 6-dan başlanacaq.