İnşa yazı müsabiqəsinin keçirilməsi haqqında ƏMR

                                   

 

                                    Biləsuvar RTŞ üzrə

                                                  əmr 89

 

 

İnşa yazı müsabiqəsinin                                             

keçirilməsi haqqında                                                25.09.2017

 

                                                      

 

  Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı,milli –mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2017-ci il birgə Fəaliyyət Planının 8-ci bəndinin icrası məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirinin 87saylı 08.fevral 2017- ci il tarixli əmrini  rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə "Milli-mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsi keçirilsin.

2. Müsabiqə məktəb və  rayon  mərhələləri üzrə təşkil edilsin.

2.1.Məktəb mərhələsi 10 oktyabr 2017-ci il.

2.2.Rayon mərhələsi 20 oktyabr 2017-ci il.

          3.Ümumi təhsil müəssisələrinin direktorları inşa müsabiqəsinin mütəşəkkil və yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə müvafiq işçi qrupu yaratsınlar, müsabiqənin məktəb mərhələsinin qalibləri haqqında məlumatı (soyadı, adı, atasının adı, təhsil aldığı məktəb, sinif) 2017-ci il oktyabr ayının 15-dək Təhsil Şöbəsinə göndərsinlər.

4. Müsabiqənin rayon mərhələsi Şəhər 2 saylı tam orta məktəbində  keçirilsin. 

5. RTŞ-nin Metodkobineti (K.Sadatov) müsabiqənin rayon mərhələsinin iştirakçılarının inşa yazılarının yoxlanması və rayon üzrə qaliblərin obyektiv seçilməsi məqsədilə mütəxəssis­lər­dən ibarət komissiya təşkil etsin, yekun nəticələr barədə rəhbərliyə hesabat hazırlasın.

6. Müsabiqə qalibləri tutduqları yerlərə görə müvafiq dərəcəli diplom və hədiyyələrlə təltif edilsinlər.

7. RTŞ-nin məsləhətçisi (Ü.Məmmədova) əmrin çoxaldılaraq yerlərə çatdırılmasını təmin etsin.

 8. Əmrin icrasına nəzarət RTŞ-nin müdir müavini Əlisəfa Qəmbərova  həvalə olunsun.

 

                                Biləsuvar rayon Təhsil Şöbəsinin

                                Müdiri:                      B.Kazımov